Ağaoğlu Danışıqlar və MÜQAVİLƏ TƏRTİBİ MÜSABİQƏSİ

Aghaoughlu Negotiation & Contract Drafting Competiton

Haqqında

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqə Cəmiyyətinin yeni layihəsidir. Özünəməxsus formatı ilə ölkədə ilk dəfə keçiriləcək bu Müsabiqə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsinə həsr olunur. Müsabiqə vasitəsilə iştirakçılar peşəkar iş mühitinə uyğun danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərini təcrübədən keçirmək imkanı əldə edəcəklər. Müsabiqə Seçim və Müqavilə tərtibi olmaqla 2 mərhələdən ibarətdir.

Məhkəmə MüsabİQƏ CƏMİYYƏTİ

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqəsi Cəmiyyətinin yeni layihəsidir. 2016-cı ildən bəri fəaliyyət göstərən Cəmiyyət hüquq tələbələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra ilklərə imza atmışdır. Ölkədə konstitusiya icraatı qaydasında təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, mübahisələrin həlli sahəsində beynəlxalq təcrübəyə uyğun təşkil edilən Topçubaşov Arbitraj Müsabiqəsi, eləcə də Xoyski Mediasiya Müsabiqəsi Cəmiyyətin innovativ və unikal fəaliyyətinin göstəriciləridir. Bu müsabiqələrə 6 universitetdən 1000-dən çox tələbə cəlb olunmuşdur. Əlavə olaraq, Cəmiyyət müxtəlif sahələr üzrə aktual məsələrə dair bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir.

2025

AĞAOĞLU DANIŞIQLAR VƏ MÜQAVİLƏ TƏRTİBİ MÜSABİQƏSİ

Müsabiqə çərçivəsində Təlim

Qaydalar

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Qaydaları ilə buradan tanış ola bilərsiniz.

TəqvİM

27 sentyabr

Müsabiqə Qaydalarının elan olunması

28 sentyabr

 

İnfosessiya

29 sentyabr

Müsabiqəyə qeydiyyatın başlaması

15 oktyabr

Müsabiqə İşinin elan olunması

16 oktyabr

Müsabiqəyə qeydiyyatın bitməsi

17 oktyabr

İmtina/dəyişdirilmə üçün son gün

1/2 noyabr

Müsabiqə çərçivəsində Təlim

8-9 noyabr

Seçim mərhələsinin baş tutması

11 noyabr

 İştirak hüququ qazanan
komandaların elanı

13 noyabr

Komanda cütlərinin yaradılması

15/16 noyabr

Müqavilə tərtibi mərhələsinin Danışıqlar hissəsi

2 dekabr

Müqavilə və Mövqe Sənədlərinin göndərilməsi üçün son gün

14 dekabr

Qaliblərin elanı və mükafatlandırılması

Təqvimin sənəd versiyası ilə buradan tanış ola bilərsiniz.

Müsabİqə İŞİ

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Müsabiqə İşi ilə buradan tanış ola bilərsiniz.

Tez-tez soruşulan suallar

Bakalavr təhsili alan II, III və IV kurs hüquq tələbələri Müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak komanda şəklində mümkündür. Hər komanda 2 nəfərdən ibarət olmalıdır.

Müsabiqə iki komandanın qarşılıqlı fəaliyyətinə əsaslandığından cüt sayda komandanın iştirakına icazə verilir. Qeydiyyatdan keçmiş komandaların ümumi sayı tək olduqda sonuncu komandanın qeydiyyatı təsdiq edilmir. Məsələn, 25 komanda müraciət etdikdə, yalnız ilk 24 komandanın iştirak təsdiqlənir. Təşkilatçı qeydiyyatdan keçən komanda sayının çoxluğunu nəzərə almaqla ilkin seçim mərhələsi həyata keçirə bilər.

Müsabiqə iki mərhələdən ibarətdir: Seçim və Müqavilə tərtibi mərhələsi. Müqavilə tərtibi mərhələsi isə Danışıqlar və Müqavilənin hazırlanması olmaqla 2 hissəni əhatə edir.

Seçim mərhələsindən bir həftə əvvəl təlim keçiriləcək. Təlim zamanı iştirakçılar danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərinə dair nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin Müsabiqədə hazırlanması tələb olunan sənədlərin formatına dair Bələdçi təqdim ediləcək.

İmtina və dəyişdirilmə üçün müəyyən olunmuş son tarixdən sonra Müsabiqədə iştirakdan imtina edən komanda üzvlərinin Təşkilatçının digər Müsabiqələrində iştirakı qadağan olunur.

© 2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi