Aghaoghlu Negotıatıon & Contract Draftıng Competıtıon

Haqqında

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqə Cəmiyyətinin yeni layihəsidir. Özünəməxsus formatı ilə ölkədə ilk dəfə keçiriləcək bu Müsabiqə türk dünyasının ilk qadın vəkili Sürəyya xanım Ağaoğlunun xatirəsinə həsr olunur. Müsabiqə vasitəsilə iştirakçılar peşəkar iş mühitinə uyğun danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərini təcrübədən keçirmək imkanı əldə edəcəklər. Müsabiqə Seçim və Müqavilə tərtibi olmaqla 2 mərhələdən ibarətdir.

Qaydalar

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Qaydaları ilə buradan tanış ola bilərsiniz.

TəqvİM

Təqvimin sənəd versiyası ilə buradan tanış ola bilərsiniz.

Müsabİqə İŞİ

2025 Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsinin Müsabiqə İşi ilə buradan tanış ola bilərsiniz.

NOMİNASİYA QALİBLƏRİ VƏ SIRALAMA

QALİB - SÜRƏYYA XANIM AĞAOĞLU KOMANDASI
FİNALİST - MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ KOMANDASI
ƏN YAXŞI MÜQAVİLƏ - SÜRƏYYA XANIM AĞAOĞLU & ƏHMƏD BƏY AĞAOĞLU KOMANDALARI
ƏN YAXŞI DANIŞIQLAR - ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV KOMANDASI
Aylin Kərimli
Şəms Əmənova
Aylin Kərimli - Fidan Allahverdiyeva
Jalə Mirzəyeva
Fidan Allahverdiyeva
Aytəkin Bədəlova
Nuray Əhmədova - Fidan Məmmədli
Arzu Qənbərova
Komanda nömrəsi
Danışıq sessiyası balı
Müqavilə balı
Mövqe sənədi balı
Ümumi
Komanda 10
258
262
127
647
Komanda 18
134
644
Komanda 21
235
267
134
636
Komanda 2
262
242
127
631
Komanda 8
240
250
131
621
Komanda 1
241
223
120
584
Komanda 7
226
222
118
566
Komanda 17
245
210
113
568
Komanda 14
269
199
97
565
Komanda 6
220
210
94
524

Partyorumuzla tanış olun!

MEDİA

Tez-tez soruşulan suallar

Bakalavr təhsili alan II, III və IV kurs hüquq tələbələri Müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak komanda şəklində mümkündür. Hər komanda 2 nəfərdən ibarət olmalıdır.

Müsabiqə iki komandanın qarşılıqlı fəaliyyətinə əsaslandığından cüt sayda komandanın iştirakına icazə verilir. Qeydiyyatdan keçmiş komandaların ümumi sayı tək olduqda sonuncu komandanın qeydiyyatı təsdiq edilmir. Məsələn, 25 komanda müraciət etdikdə, yalnız ilk 24 komandanın iştirak təsdiqlənir. Təşkilatçı qeydiyyatdan keçən komanda sayının çoxluğunu nəzərə almaqla ilkin seçim mərhələsi həyata keçirə bilər.

Müsabiqə iki mərhələdən ibarətdir: Seçim və Müqavilə tərtibi mərhələsi. Müqavilə tərtibi mərhələsi isə Danışıqlar və Müqavilənin hazırlanması olmaqla 2 hissəni əhatə edir.

Seçim mərhələsindən bir həftə əvvəl təlim keçiriləcək. Təlim zamanı iştirakçılar danışıqlar aparmaq və müqavilə hazırlamaq proseslərinə dair nəzəri və praktiki biliklər əldə edəcəklər. Həmçinin Müsabiqədə hazırlanması tələb olunan sənədlərin formatına dair Bələdçi təqdim ediləcək.

İmtina və dəyişdirilmə üçün müəyyən olunmuş son tarixdən sonra Müsabiqədə iştirakdan imtina edən komanda üzvlərinin Təşkilatçının digər Müsabiqələrində iştirakı qadağan olunur.

Məhkəmə MüsabİQƏ CƏMİYYƏTİ

Ağaoğlu Danışıqlar və Müqavilə Tərtibi Müsabiqəsi Məhkəmə Müsabiqəsi Cəmiyyətinin yeni layihəsidir. 2016-cı ildən bəri fəaliyyət göstərən Cəmiyyət hüquq tələbələrinin inkişafında mühüm əhəmiyyət kəsb edən bir sıra ilklərə imza atmışdır. Ölkədə konstitusiya icraatı qaydasında təşkil olunan Topçubaşov Məhkəmə Müsabiqəsi, mübahisələrin həlli sahəsində beynəlxalq təcrübəyə uyğun təşkil edilən Topçubaşov Arbitraj Müsabiqəsi, eləcə də Xoyski Mediasiya Müsabiqəsi Cəmiyyətin innovativ və unikal fəaliyyətinin göstəriciləridir. Bu müsabiqələrə 6 universitetdən 1000-dən çox tələbə cəlb olunmuşdur. Əlavə olaraq, Cəmiyyət müxtəlif sahələr üzrə aktual məsələrə dair bloq yazıları hazırlayaraq rəsmi saytında dərc edir.